Dəmir-beton Döşəmə Hesablarının Hesabat və Cizgidə Göstərilməməsini Təmin Etmə
Cizgilərdə döşəmə armatur hesabının aparılmasını istəmədiyiniz döşəmələr varsa, həmin döşəmələrin üzərində siçanla sağ klikləyib açılan seçimlərdə döşəmə hesab oxunu sil əmrini klikləyin.
Bu halda döşəmənin üzərində + işarəsi ilə görünən döşəmə hesab oxu silinəcək, həmin döşəmədə armatur hesabı və cizgisi aparılmayacaqdır.
Çoxsaylı döşəmələrdə hesab oxunu silmə əməliyyatını bir dəfəyə aparmaq istəyirsinizsə:
Döşəmələri seçin, ekranın sağındakı filtr əmrini klikləyin, yalnız döşəmə hesab oxlarının seçili qalması üçün seçim filtreləmə formasında yalnız döşəmə hesab oxu seçimini seçili saxlayın. Tamam düyməsini basdıqdan sonra yalnız hesab oxları seçili qalacaqdır. Sil düyməsini klikləyərək seçili hesab oxlarını silə bilərsiniz.
Bu halda da döşəmənin üzərində + işarəsi ilə görünən döşəmə hesab oxu silinəcək, həmin döşəmədə armatur hesabı və cizgisi aparılmayacaqdır.