Yük Ötürülməsində Qismən Xəta Yaranması
Proqramda şaquli yüklər ötürülərkən xəta yaranması halında proqram Analiz ekranında yük ötürülməsində qismən xəta yarandı Qismən Xəta Nisbəti= %... şəklində xəbərdarlıq verir.
Xətanı aradan qaldırmağın ən praktik üsulu şaquli yük analizində sonlu elementlər metodunu seçməkdir.
Seçimlər şəkildəki kimi olduğunda döşəmələrdən divar, tir və sütunlara yük ötürülməsi qabıq sonlu elementlərlə aparılır, tir/sütun divar elementləri arasında yük ötürülməsi də sonlu elementlərlə həyata keçirilir. Bu da klassik analizdə yarana biləcək xətaları aradan qaldırır. Bu seçimin düzgün işləyə bilməsi üçün döşəmələrin divar/tir orta oxundan tərif edilməsi xüsusilə önəm daşıyır.
Normal binalarda nizamlı dördbucaq döşəmə sonlu element şəbəkəsi kifayət edir.
Əgər binanda üst mərtəbədə olan divarların alt mərtəbədə davam etməməsi kimi bir problem varsa (məsələn, mövcud bina araşdırması), problemin 2 həlli vardır.
1. Həll
Ən uyğun həll aşağıda seçimi göstərilən qeyri-nizamlı üçbucaq şəbəkəsi seçimidir.
Mövzu ilə bağlı ətraflı məlumat Döşəmə Sonlu Element Şəbəkəsi Seçimi bağlantısından əldə edilə bilər.
2. Həll
Versiya 6-dan əvvəlki versiya istifadə edirsinizsə, birinci həll seçiminin yerinə istifadə edilə bilər. Üst mərtəbədə olub alt mərtəbədə davam etməyən divarların altında (alt mərtəbə tavanında) fiktiv (xəyali/gerçəkdə mövcud olmayan) döşəmə qalınlığında tirlər tərif edilir. Bu halda alt mərtəbə tiri üst mərtəbə divarından aldığı yükü bağlı olduğu elementlərə ötürür.
Sonlu Elementlər Həlli Yerinə Klassik Analiz İstifadəsi tələb edildiyi halda üst mərtəbədə olub alt mərtəbədə davam etməyən divarların altında (alt mərtəbə tavanında) fiktiv (xəyali/gerçəkdə mövcud olmayan) döşəmə qalınlığında tirlər tərif edilir. Bu halda alt mərtəbə tiri üst mərtəbə divarından aldığı yükü bağlı olduğu elementlərə ötürür. Bundan əlavə Döşəmədən Qaynaqlanan Yük Ötürülmə Xətalarının Azaldılması bağlantısında izah edildiyi şəkildə döşəmədən qaynaqlanan yük ötürülmə xətası aradan qaldırılmağa çalışılır.