HAZIR BETON DÖKÜMÜNDƏN ƏVVƏL GÖRÜLMƏLI OLAN HAZIRLIQLLAR
1)Keyfiyyətli qəlib istifadə edilməlidir. Qəlibin keyfiyyətli olması betonun yaxşı işlənməsini və gözəl görünməsini təmin edir.
2)Beton dökülməzdən əvvəl qəlib mütləq təmizlənməlidir. Əks halda yad maddələr görünüşə və möhkəmliyə təsir edir.
3)Təmizlənmiş qəliblər mütləq qəlib yağı ilə yağlanmalıdır. Bu əməliyyat qəlibin rahat sökülməsini və beton səthinın hamar çıxmasını təmin edir.
4)Beton dökülməzdən əvvəl qəliblər, xüsusilə asmolen döşəmələrdə, mütləq sulanmalıdır. Əks halda qəlib betonun suyunu çəkər və çatlar əmələ gələ bilər.
5)Köhnə beton üzərinə yeni beton dökülərkən köhnə beton səthi təmizlənməli və nəmləndirilməlidir.
6)Armatur hazırlandığında armaturla qəlib arasında pas payı buraxılmalıdır.