POMPA İLƏ HAZIR BETON DÖKÜLMƏSİ
1)Homojenliyi təmin etmək və arzuolunmaz derzlərin əmələ gəlməsinin qarşısını almaq üçün kəsik doldurularaq beton dökülməlidir. Qəlib yaxşı hazırlanmamışsa bu əməliyyat sütunların partlamasına səbəb ola bilər.
2)Sütun və sərtlik divarı betonlarında pompa ucu hortumu qəlibin içərisinə mümkün qədər salınmalıdır. Sərtlik divarı betonlarında betonu qəlib səthinə çarpdırmamaq lazımdır.
Betonun sürətini azaltmaqla ayrışmanın və qəlib deformasiyasının qarşısını almaq lazımdır.
3)Döşəmə betonlarında kəsik doldurulub hamarlanaraq irəliləməlidir.
4)Hazırlanmış qəlibə etibar edilmirsə, ilk növbədə sütunlar mərhələli şəkildə çapraz dökülməli, sonra örtük çapraz dökülməlidir.
5)Pompa və hortum tutan işçilərin bom altında durmamasına diqqət edilməlidir.
6)Betonun maksimal dökülmə hündürlüyü 170 sm, üfüqi dökülmə məsafəsi 150 sm-dir.
7)Betonun istehsal edildiyi andan etibarən təxminən 3 saat ərzində yerləşdirilmiş, sıxılmış və hamarlanmış olması təmin edilməlidir.