Skip to main content

İSTİ HAVADA BETON DÖKÜMÜ

1)Xüsusilə armaturun sıx olduğu yerlərdə istilik keçiriciliyi yüksək dəmir-beton qəlibi istifadə edilməməlidir.

2)Beton dökümünə başlanmadan qəlib və armatur mütləq isladılmalıdır.

3)Beton torpaq zəminə dökülürsə beton suyunun zəmin tərəfindən udulmaması üçün zəmin əvvəlcədən sıxılmalı, hamarlanmalı və mütləq isladılmalıdır.

4)Gecə və ya axşamüstü beton dökülməli, səhər beton dökümündən çəkinilməlidir.

5)Beton hazırlandığı andan etibarən 90 dəqiqə ərzində yerinə yerləşdirilməlidir. Zəruri hallarda betonun içərisinə ləngidici qatqı əlavə edilərək bu müddət uzadıla bilər.

6)İnşaat meydançasında 1 m³ betona əlavə ediləcək 10 litr su, basınc dayanıqlığında təxminən %8 azalmaya səbəb olur.