Skip to main content

KƏRPIC DIVAR HÖRGÜSÜ

1)Kərpiclər divar hörülərkən isladılacaq.

2)Birinci sıra hörülərkən zəmin və sütun yanları təmizlənməli və isladılmalı.

3)Kərpic divar sıraları pəncərə səviyyələrində eyni hündürlükdə və şaquli vəziyyətdə olmalı.

4)Kərpicin hamar səthləri xaricə və geniş həcmə gəlməlidir.

5)Bütün kərpiclər ½ kərpic bağlantılı olmalı.

6)Divar başı və künclərində ½ fabrika yarımı yoxdursa, qırma yarım istifadə ediləcək.

7)Divarın sütunla birləşdiyi yerdə derzlər çox yaxşı doldurulacaq.

8)Divar hörüləcək yerin hündürlüyünə görə kərpic sıra sayı və üfüqi derz qalınlığı tənzimlənəcək. Mümkün qədər son kərpic sırası tam kərpic olacaq.

9)Son kərpicin tir və ya tavana birləşim yerində kərpic paya çəkmək surəti ilə sıxışdırılacaq, son derz harçla yaxşıca doldurulacaq.

10)Kərpic derzləri bərabər aralıqlı olacaq və harçla tam doldurulacaq.

11)Hörülmüş divarlar bitimindən 8 saat müddətində su çiləyərək nəm saxlanılacaq, harçın yanması qarşısı alınacaq.

12)Kərpiclər divar səthindən baxıldığında mümkün qədər dəlikləri görünməyəcək şəkildə hörüləcək.

13)Xarici cəphələrdə pəncərə kənar hizaları xarici cəphə etibarı ilə nizamlı və şaquli olacaq.

14)Qapı və pəncərə kənarları və künclərinin son sıralarının üzərinə parça kərpic payaları çakılacaq.

15)Əvvəlcədən hazırlanmış dəmirli-beton lento elementlər layihədəki qapı hündürlükləri nəzərə alınaraq hər iki yandakı divarlara bərabər şəkildə binerik

şəkildə yerləşdiriləcək.

16)Divar üçün 250 dozlu sement harçı istifadə ediləcək.

17)Harçın qıvamı havanın vəziyyətinə görə tənzimlənəcək.

18)Yarım qalmış divarlara davam ediləcəkdə köhnə divar isladılaraq divar hörgüsünə davam ediləcək.

19)Divar hörülərkən birinci sıra yanına geniş bir taxta dayandırılacaq, ora tökülən harçlar dərhal toplanaraq hazırlanıb istifadə ediləcək.

20)Divar hörgüsü üçün mərtəbə döşəməsi üzərində harç qarışdırılmayacaq və harç artığı buraxılmayacaq.

21)Künc və ya ortadan bir üzü qırılıb sınmış kərpiclər qırığı içə gələcək şəkildə istifadə ediləcək və qırığın boşluğu harçla doldurulacaq.

22)Yarım kərpic divar hörülərkən 1,5 m hündürlüyə çatıldıqda ən azı 6 saat gözlənilir, sonra divar hörgüsünə yenidən davam edilir.

23)Kərpic divar −3 dərəcədən aşağı temperaturlarda hörülmür və ya harçın donmaması üçün tədbirlər görülür.