VİBRATOR İSTİFADƏSİNDƏ DİQQƏT EDİLƏCƏK MƏSƏLƏLƏR
1)Beton kürəklə yayıldıqdan sonra vibrator istifadə edilməlidir. Əgər beton vibratorla daşınırsa seqreqasiya (ayrışma) baş verir.
2)Sərtlik divarı və sütunlarda beton 50 sm-lik qatlar halında sıxılmalıdır.
3)Daldırma vibratorlar qəlib səthinə yaxınlaşdırılmamalıdır. Əks halda qəlibin üzərində çakılmış səthlar və qumlu yamalar əmələ gəlir.
4)Vibratorun armatura uzun müddətli təmasından çəkinilməlidir. Əks halda armatur ətrafında çox sulu və zəif şirə əmələ gəlir. Aderans zəifləyir.
5)Səthdə su çıxdığı anda vibrasiyaya son verilməlidir. Əks halda səthda çatlar meydana gəlir və ya üst səthda 2-4 sm arasındakı qat qabıqlar altında əsas beton kütləsindən ayrılır.
6)Vibrator betona mümkün qədər şaquli daldırılıb şaquli çıxarılmalıdır.
7)Vibrator betona çox yavaş daldırılıb çox yavaş çıxarılmalıdır, əks halda yarım delik qalır.
8)Yerləşmiş betonun qonşu beton vibrasiya zamanı sarsıdılmamalıdır.