Çizimi DXF Formatında Saxlamaq və AutoCAD ilə Çıxış Almaq
DXF ixracı aparıldıqdan sonra çizim obyektinin taramalarının AutoCAD bənzəri proqramlarda görünməsini istəyirsinizsə StatiCAD çizim redaktorunda bütün çizimi seçib Explode edin.
Çizim redaktorunda File Menyusundan save as əmrini klikləyin.
Çıxan pəncərədə saxlama fayl adını və yolunu tənzimləyin.
Saxlama növü açılan pəncərəsindən AutoCAD Drawing eXchange Format (*.dxf) seçimini işarələyin. Saxla düyməsinə basın.
DXF export əməliyyatı tamamlanmış olur.
Çizimi AutoCAD-də açdığınızda ekranda çizim görünmürsə
Çizimin boş hissəsi göstərilə bilər.
z enter e enter düymələrinə basın. (Zoom extends əmri işlədilmiş olur)
AutoCAD-də yazılardakı Azərbaycan/Türk simvollarının və fi armatur diametri simvolllarının görünməsi üçün st yazıb enter basın. Ekrana gələn text style pəncərəsindəki NEW_STYLE VƏ NEW_STYLE2 yazı növlərini müvafiq olaraq Times New Roman və Arial Unicode MS olaraq dəyişdirin.
Siyahının altındakı STANDARD və STYLE1 stillərini də font name pəncərəsindən Arial olaraq dəyişdirin. Apply düyməsinə basın. Simvol problemləri həll olunacaq.
AutoCAD-də çıxış alacağınız zaman qələm qalınlıqlarının avtomatik tənzimlənməsi üçün linkdə verilən StatiCAD_Kalem.ctb (https://www.staticad.com/download/StatiCAD_Kalem.rar) faylını (Winrar ilə içindəki faylı çıxartdıqdan sonra) İdarəetmə paneli / Avadanlıq və Ses/Autodesk Plot Style Manager linkini kliklədikdə açılan qovluğun içinə kopyalayıb yapışdırın.
AutoCAD-də çıxış alarkən (Ctrl+P) gələn pəncərədə Plot style table bölümündə StatiCAD_Kalem.ctb seçimini seçin.
