Skip to main content

BALKON PARAPET DIVARLARI

StatiCAD-Yigma proqramında daşıyıcı xüsusiyyəti olmayan divarların proqrama daxil edilməsi yanlış nəticəyə gətirib çıxara bilər.

Zəlzələ normaları Maddə 5.8-dən divar üstü ilə tavan döşəməsi arasında ən az 10 mm boşluq olan divarların daşıyıcı olmadığı bildirilir.

Proqram defolt olaraq daxil edilən bütün divarları daşıyıcı qəbul edərək zəlzələ normaları sərtlik formuluna görə (k*A/h) divar sərtliklərini hesablayır. Zəlzələ normalarında alternativ bir formula nəzərdə tutulmadığından divarlar döşəməyə (sərt diafraqmaya) bağlı olub olmamalarından asılı olmayaraq eyni formula tətbiq edilir.

Mərtəbə hündürlüyü 3 m olan binada hündürlüyü 1 m olan parapet divarları, qonşuluğunda qapı və pəncərə olmayan eyni sahədəki divara nisbətən 3 dəfə daha sərt olacaqdır. (Sərtlik formulunda H məxrəc hissəsində olduğundan.) Divarlara sərtlik dəyəri təyin olunduğundan mərtəbə zəlzələ yükünün əhəmiyyətli hissəsini balkon divarları daşıyırmış kimi nəticələr yarana bilər. Bu cür modelləmədə nəticələr zəlzələ normalarına görə aparılması lazımi hesab əsaslarından uzaqlaşmış olacaq, təhlükəli bina təhlükəsiz, təhlükəsiz bina isə təhlükəli kimi nəticələr alına bilər.

Balkon divarları sistemə daxil edilib sərtlik əmsalı (k=0) divar xüsusiyyəti dəyişikliyi pəncərəsindəki xüsusi dəyər sahəsindən sıfır seçilə bilər. Bu halda kəsmə qüvvəsi hesabında sərtlik əmsalı sıfır verilmiş divarlar hesaba daxil edilməyəcək. Lakin proqramda şaquli yük ötürmələri divar üst kotlarından asılı olmayaraq verildiyindən şaquli gərginlik hesablarında üst mərtəbədən yük ala bilər.

Bu səbəbdən balkon parapet divarlarının (üst mərtəbə döşəməsinə bağlı deyilsə) sistem modeline yalnız yük kimi daxil edilməsi və divar şəklində daxil edilməməsi lazım olduğu fikir və qənaətindəyik.

Hesab xətalarına yol açmamaq üçün istifadəçilərimizin və idarə nümayəndələrinin mövzuya lazımi diqqəti göstərmələrini xahiş edirik...

ÖZDEMİR YAZILIM