Skip to main content

Binada subasman mövcudluğu

Araşdırılacaq və ya layihələndiriləcək binada subasman mövcud olduqda subasmanın ayrı bir mərtəbə kimi daxil edilməsi tövsiyə edilir.

Ən alt mərtəbənin adını subasman mərtəbəsi kimi dəyişdirə bilərsiniz, məsələn mərtəbə hündürlüyünü 1 m götürə bilərsiniz.

Üst mərtəbədə bəzi divarları subasmanda davam etdirməsəniz, altı bünövrəyə və ya divara oturmazsa üst divar çatlaya bilər.

Əgər 7. Versiyadan istifadə edirsinizsə, dəmir-beton subasman pərdələrini dəmir-beton zirzəmi pərdəsi şəklində daxil edə bilərsiniz.

Əgər Versiya 5 və ya 6 istifadəçisisinizsə

Divarların dəmir-beton pərdə olması halında; divar xüsusiyyətlərində divar vahid həcm çəkisi=2500, elastiklik=beton elastikliyi, fk=fck, təhlükəsizlik əmsalı=1,5, fvko=0,65*fctk olaraq götürüb divar xüsusiyyətlərində armaturlu divar işarə qutusunu seçirsiniz. Armaturun proqram tərəfindən seçilməsini deyə bilər və ya istədiyiniz və kifayət edəcəyini düşündüyünüz armaturu verə bilərsiniz. Armatur istifadəçi tərəfindən verildiyi halda verilən armaturların kifayətliliyi hesablama hesabatlarında yoxlanılır.

Subasman mərtəbəsində (və digər mərtəbələrdə) divar üstü kəməri hündürlüyü mütləq mərtəbə hündürlüyündən kiçik olmalıdır. Əks halda divar sərtlikləri qeyri-müəyyən vəziyyətə düşəcəyindən analiz zamanı xəta alına bilər.

Subasman pərdələrinin armaturlu və ya armratursuz divar elementi şəklində daxil edilməsi uyğun olacaqdır.