Armaturların Sabitlənməsi və/və ya Mövcud Armaturların Daxil Edilməsi
Proqramda dəmir-beton elementlərinin armaturlarının analiz zamanı sizin seçdiyiniz dəyərlərin dəyişməməsi və ya mövcud dəmir-beton elementlərinin armaturlarının kifayətliliyini araşdırmaq üçün armatur sabitləmə xüsusiyyətlərindən istifadə edə bilərsiniz.
Daxil etdiyiniz armaturların analiz zamanı yenidən avtomatik olaraq müəyyənləşdirilməməsi üçün Modelləmə ekranında cədvəllər menyusu altında tir/sütun/davamlı bünövrə əmrlərini klikləyərək müvafiq elementin armatur sabitlə düyməsinə basıb istədiyiniz armaturları dəyişdirərək sabitləmə əməliyyatını apara bilərsiniz. Çoxlu seçim düzənləməsi üçün shift və ctrl düymələrindən istifadə edə bilərsiniz.
Sabitləmə əməliyyatının etibarlı olması üçün müvafiq sahələrdə hesab aparılıyor olması gərəkir. Buna görə məsələn sütun armaturları sabitlənəcəksə sütun armatur hesabı aparılsın qutusu seçili olmalıdır.
Diqqət edilməli məsələlər
1-Əsas armatur sayının 4 ədəddən az olmaması tələbidir. Düzbucaqlı sütunun 4 küncündəki armatur əsas armatur sayına daxildir.
2-Daxil etdiyiniz armaturların silinməməsi üçün və armatur sabitlə işarə qutusunun işarəli qalması üçün layihə ümumi parametrləri>dizayn səhifəsindəki sütun armatur hesabı aparılsın işarə qutusu seçili olmalıdır.
3-Lazım gəldikdə armatur diametri (korroziya kimi səbəblərlə) onluq dəyər verilə bilər.
Pərdələrin armatur sabitləmə əməliyyatını divar xüsusiyyətləri pəncərəsində etməniz gərəkir.
