Döşəmə Xüsusiyyətlərinin Dəyişdirilməsi
1-Döşəmənin olduğu yerdə üst-üstə iki obyekt var. Döşəmələr və döşəmə hesab oxu. Döşəmələr açıq mavi rəngdə və dolu olaraq göstərilir. Döşəmə hesab oxu isə döşəmənin üzərindədir, + işarəlidir və bənövşəyi rəngdədir. Dəmir-beton olmayan döşəmələrdə dəmir-beton hesab oxunu silə bilərsiniz. Bu halda döşəmə üçün dəmir-beton hesabı aparılmaz.
2- Döşəmə xüsusiyyətlərini dəyişdirmək üçün döşəmələri siçanın sol düyməsi ilə seçin, seçdiyiniz döşəmələrin üzərindəykən seçili döşəmələrin xüsusiyyətlərini dəyişdir seçimini klikləyin. Açılan pəncərədə yeni dəyərləri daxil etdikdən sonra tamam düyməsinə bastığınızda ikinci bir pəncərə açılır. Bu açılan eyni görünüşlü dəmir-beton hesab oxu xüsusiyyəti dəyiş pəncərəsidir. Burada da eyni xüsusiyyətləri yenidən dəyişdirərək tamam dedikdə seçili bütün döşəmə və hesab oxu xüsusiyyətləri dəyişmiş olur.