Skip to main content

Döşəmə Sonlu Element Şəbəkəsi Seçimi

Proqramda analiz üsulu kimi sonlu elementlər üsulu seçildikdə döşəmələrin qabıq (shell) sonlu element kimi sistem sərtliyinə daxil edilməsi və döşəmədən divarlara yük ötürülməsinin qabıq sonlu elementlərlə həyata keçirilməsi təmin edilə bilər.

Mövzu ilə əlaqəli seçimlərin izahları burada təqdim edilməyə çalışılmışdır.

Sonlu element dəqiqliyinin optimum səviyyədə olabilməsi üçün istifadəçi tərəfindən müəyyən edilmiş seçimlər təqdim edilmişdir.

Qabıq sonlu element tipi dörtbucaqlı və ya üçbucaqlı olaraq seçilə bilər. Dörtbucaqlı sonlu element tipi daha inkişaf etmiş və gerçəyə daha yaxın nəticə verən bir sonlu element tipidir və ilk növbədə istifadəsi tövsiyə edilir.

Nizamlı şəbəkə yaratma seçimində döşəmələr müəyyən aralıqda və ya sayda parçalara bölünür. Bölünən parçalar nizamlıdır. Şəbəkələmə (bölüntüləmə) əməliyyatı aparılarkən döşəmə üzərindəki divarlar və ya sütunlar nəzərə alınmır, döşəmə sistematik şəkildə parçalara bölünür. Bu üsul seçildikdə hər otaq üçün döşəmə ayrı-ayrı daxil edilməlidir. Mərtəbədəki divar üst kotlarında da divar və tirlərin düyün nöqtələri ilə döşəmə bölünmür. Lakin döşəmə düyün nöqtələri ilə divar və tirlər avtomatik olaraq bölünür. Mailliyi olan döşəmələr və mərtəbə kotunda olmayan döşəmələrin mövcud olduğu binalarda nizamlı şəbəkə istifadə edilməlidir.

Nizamsız şəbəkə yaratma seçimində döşəmələr müəyyən aralıqda və ya sayda parçalara bölünür. Daha sonra mərtəbə kotundakı bütün düyün nöqtələri üçbucaqlaşdırılır. Yəni hər bir düyün nöqtəsi bir üçbucağın küncü olacaq və bir-biri ilə kəsişməyən üçbucaqlar yaradılır. Beləliklə döşəmə ilə şaquli və üfüqi daşıyıcıların düyün nöqtəsi təması tam olaraq təmin edilməyə çalışılır. Qabıq sonlu element tipi üçbucaq seçilmişsə yaradılan üçbucaq qabıq sonlu elementlər üzərindən analiz aparılır. Əgər sonlu element tipi dörtbucaq seçilmişsə nizamsız üçbucaq şəbəkəsindəki hər bir üçbucaq üçün qonşu üçbucaqlar müəyyən edilərək qonşu üçbucaqlardan uyğun olanı ilə birləşdirmə aparılaraq dörtbucaqlı qabıq sonlu elementlər yaradılır. Uyğun görülməyənlər üçbucaq olaraq qalmağa davam edir. Sistemdə bəzi qabıq elementlər üçbucaq, əksəriyyəti dörtbucaq olmaqla analiz aparılır. Dörtbucaqlı qabıq sonlu element və nizamsız şəbəkə seçimləri birlikdə istifadə edildikdə analizdə həll xətası yaranma ehtimalı bir qədər yüksəkdir. Analizdə xəta yaranmışsa proqram bunu analiz pəncərəsindən bildirməyə çalışır. Yarana biləcək xətalar bütün dəyərlərin sıfır və ya sonsuz çıxması və ya qismən xəta yaranması şəklində ola bilər. Nizamsız şəbəkə ilə hesab aparıldıqda üçbucaqlı sonlu element istifadəsi həll yaradıla bilməmə ehtimalını azaldır. Nizamsız şəbəkə mailliyə malik döşəmə ehtiva edən və ya döşəmələri mərtəbə kotunda olmayan binalar üçün istifadə edilməməlidir.

Yaradılan şəbəkə strukturları 3 ölçülü görüntülərdən araşdırıla bilər.

Maks Şəbəkə Genişliyindən kiçik olacaq şəkildə döşəməni şəbəkələrə böl seçimi X və Y istiqamətlərindəki göstərilən uzunluk qədər döşəməni bölüntüləyir.

Döşəməni göstərilən sayda şəbəkələrə böl seçimi, hər bir döşəməni X və Y istiqamətlərindəki göstərilən say qədər bölüntüləyir.