Döşəmədən Qaynaqlanmış Yük Ötürülməsi Xətalarının Azaldılması
StatiCAD-Yigma proqramında döşəmənin hər hansı bir kənarında qismən sürəksizlik varsa (yəni məsələn 4 m-lik döşəmə kənarının yalnız 1 m-si dayaqlıdırsa) proqram müvafiq kənarı dayaqlı qəbul edir. Və döşəmənin müvafiq kənarına yük ötürülməsini həyata keçirməyə çalışır. Döşəmədə dayaq olmayan hissədəki yüklər ötürülə bilmir. Bu vəziyyətin qarşısının alınması üçün boşda olan hissəyə sıfır sm hündürlüyündə olsa belə xəyali bir tir kəməri (rabitə kəməri) təyin edilməsi yük ötürülməsi xətasını aradan qaldırır.
