Divar ortasında və üstündə kəmər olması vəziyyəti (Ara kəmər)

Bu vəziyyətin seysmik normalarda qarşılığı olmadığından proqramda xüsusi tərif aparılmamışdır.
Divarlarla üst-üstə tir kəməri çizilməsi yük ötürülməsinin iki dəfə həyata keçirilməsinə səbəb olur. Statik hesablamada isə ağırlıq artımından başqa dəyişiklik olmur.
Eyni mərtəbədə alt kota üst kota fərqli dəyərlərə malik divarların üst-üstə çizilməsi zəlzələ qüvvələrinin üst-üstə olan iki divara paylanması mənasına gəlir. Səhv nəticə verir.
Bu vəziyyət üçün iki cür tərif aparmaq olar:
- Ara kəməri sərt diafraqma kimi düşünüb mərtəbə tərifi şəklində getmək olar.
Yəni:
Mərtəbə adı: Zemin mərtəbə alt hissə, hündürlüyü: 2 m
Mərtəbə adı: Zemin mərtəbə üst hissə, mərtəbə hündürlüyü: 90 sm kimi
Bu vəziyyət binanın olduğundan daha az riskli hesablanması nəticəsini doğura bilər.
- Aradakı tir kəmərini nəzərə almadan (arzu olunarsa) ara kəmərin əlavə ağırlığını divarlara və pəncərə üstü kəmərlərinə əlavə yük kimi daxil etmək olar.
Bu halda divar narinlik hesabında divarın effektiv hündürlüyü kimi mərtəbə hündürlüyü minus divar üstü kəmərin hündürlüyü nəzərə alınır.
1. metodun narinlik nisbəti hesabı sayəsində divar basınc emniyet gərginliyini daha dəqiq hesablayacağı düşünülə bilər. (Qəti hökm kimi deyil, mühəndislik yanaşması kimi). Lakin kəsmə gərginliyi hesabının normativ hesablamada verilən yanaşmadan uzaqlaşa biləcəyi düşünülə bilər. Məlumdur ki, risk qiymətləndirilməsində divar sıxılma dayanıqlığı yoxlamaları istifadə edilmir.
2. metodun kəsmə gərginlikləri baxımından normalara görə daha uyğun nəticə verəcəyi düşünülə bilər.
TƏVSİYƏ VƏ FİKRİMİZ
Söz gedən vəziyyətə həll tövsiyəsi kimi 1. metod və 2. metod təriflərinə görə iki model qurulub saxlanılması,
Divar sıxılma dayanıqlığı yoxlamaları hesablama hesabatının 1. metoduna görə saxlanılmış data faylından alınması,
Divar kəsmə emniyet gərginliyi, riskli bina texniki vəziyyətinin qiymətləndirilməsi və zəlzələ ilə bağlı digər hesabatların 2. metoduna görə saxlanılmış hesabatdan alınması.
Aparılan əməliyyatın əsaslandırılmış şəkildə texniki hesabatda izah edilməsi tövsiyə edilir.