Mərtəbələr Arası Yük Ötürülməsi Üçün Bucaq Toleransı
Mərtəbələr Arası Yük Ötürülməsi Üçün Bucaq Toleransı

Divar bir alt mərtəbədə davamlı olduğu halda bucaq fərqindən asılı olaraq yük ötürülməsinin həyata keçirilməsi üçün təyin edilən bucaq dəyəridir. Proqram tərəfindən standart dəyər 15 dərəcə olaraq verilir. Üst mərtəbə divarı ilə alt mərtəbə divarının paralel olmaması halında yük ötürülməsinin (proyeksiya kəsişmə uzunluqları da nəzərə alınaraq) neçə dərəcəyə qədər həyata keçirilə biləcəyi göstərilmiş olur.
Nümunə ilə göstərəcək olsaq:
Aşağıdakı şəkildə; zirzəmi mərtəbəsi planında göründüyü kimi zemin mərtəbədə yerləşən divar zirzəmi mərtəbəsindəki divarın üzərinə oturur, lakin fərqli bucaqlarda yerləşir. Zemin mərtəbədə yerləşən divarın proyeksiyası görülə bilir.
3D görüntü:
Zemin mərtəbə planı
Göründüyü kimi zemin mərtəbədə yerləşən divar maillə çizilmişdir.
Bu kimi hallarda yük ötürülməsini təmin edən xüsusiyyət bucaq toleransıdır. Bucaq fərqi toleransı sıfır dərəcə verilsə proqram müvafiq divarlarda yük ötürülməsi aparmayacaq, mövcud bucaqdan yuxarı dəyərlər üçün isə yük ötürülməsini uğurla həyata keçirəcəkdir.