Lentolar və Kəmərlər:
Lentolar və Kəmərlər:
Tir Kəmərlər: Altında dolu divar parçası olmayan (şaquli istiqamətdə boşluqlu divar parçası olan və ya heç divar olmayan) açıqlıqlarda yük ötürülməsini təmin edən konstruksiya elementləridir.
Divar Üstü Kəmərlər: Döşəmələrdən gələn yüklərin divarlara düzgün şəkildə paylanmasını təmin edən konstruksiya elementləridir.
Lentolar: hörgü binada qapı və pəncərə üzərindəki divar parçalarından gələn şaquli yükləri qapı və ya pəncərənin yanındakı dolu divar parçalarına ötürən konstruksiya elementləridir.
Proqram divar üstü kəmərlərin varlığını divar çizimində nəzərə alır. Bundan əlavə qapı və pəncərə üstü tir kəmərlərini isə avtomatik olaraq həyata keçirir. Qapı və ya pəncərə üstü tir kəmərlər qapı və ya pəncərə silindikdə silinir. Qapı və ya pəncərə sürüşdürüldükdə sürüşdürülür. İstifadəçinin qapı və ya pəncərə çizimindən sonra eyni bölgəyə yenidən tir kəməri çizməməsi lazımdır.
Tir kəmərlər adətən qısa açıqlıqlarda istifadə edildiyindən statik dəmir-beton hesabları proqram tərəfindən aparılmır. Açıqlığı böyük olan kəmərlərin istifadəsi tövsiyə edilməsə də istifadə edildiyi halda statik və dəmir-beton hesab və cizgiləri proqramdan müstəqil olaraq ayrıca aparılmalıdır. Proqram tir kəmər armaturlarını seysmik normalarda verilən qaydalara uyğun olaraq konstruktiv şəkildə çizir.
Proqramda döşəmə üzərində divar tərif edildikdə üst mərtəbə divarlarından alt mərtəbə döşəmələrinə yük ötürülməsi aparılmır. Buna görə döşəmə üzərində divar tərif etmək məcburiyyəti yarandıqda divarın altında (alt mərtəbənin tavanında) tir kəmər çizilməsi uyğun olacaqdır. Tir kəmərlər mövcud vəziyyətdə yoxdursa tir kəmərin hündürlüyü döşəmə qalınlığına bərabər ya da sıfır sm hündürlükdə götürülə bilər.
Proqramda lentolar üçün xüsusi bir tərif aparılmamışdır. Proqramda qapı və pəncərə üzərindəki divar parçası yükləri qapı və ya pəncərə üzərindəki tir kəmərlər vasitəsilə qonşu dolu divarlara ötürülür. Lentoların seysmiklik baxımından binanın dayanıqlığına töhfəsinin laqeyd sayıla biləcəyi, normativ formulyasiya baxımından da sistemə parametr kimi daxil olmadığından (normativin tarif etdiyi analiz metodunda olmadığından) tərifi lazımsız sayılmışdır.
Əgər binada divar üstü kəmərlər və tir kəmərlər yoxdursa divar üstü kəmərin hündürlüyünün və tir kəmər hündürlüyünün döşəmə qalınlığına bərabər götürülməsi tövsiyə edilir. Çünki şaquli gərginlik yoxlamasında divarın effektiv hündürlüyü mərtəbə hündürlüyündən divar üstü kəmərin hündürlüyü çıxarılaraq hesablanır.
Divar üstü kəmər divarla birlikdə avtomatik çizilir. Divarın sıxlığı yüksək bölgəsi olaraq ağırlıq şəklində sistemə təsir etdirilir. Divarın bir parçası olduğundan özbaşına çizilə bilməz və özbaşına yük ala bilməz. Divar üstü kəmər divar birləşməsində yük alan divardır.
Divarların üzərinə divarla eyni istiqamətdə (üst-üstə) yenidən tir kəmər çizilməməlidir. Çizilsə həm divar həm də tir kəmər üst mərtəbədən (divarlardan və şaquli kəmərlərdən) həm də öz mərtəbəsindən (döşəmə və tir kəmərlərdən) yük alacağından yüklər müksərrər nəzərə alınmış olur, bu vəziyyət yük ötürülməsi xətasını artırır.