Yarımzirzəmili Bina Layihələri
Layihə yarımzirzəmili olduqda (yəni zemin mərtəbədəki divarların bir hissəsinin zirzəmi mərtəbədə davam etməsi, bir hissəsinin isə zemin mərtəbə altında bünövrəyə oturması vəziyyətində) layihənin ümumi parametrlərində yarımzirzəmili bina layihəsi seçimi işarələnməlidir.
İşarələnmədikdə proqram yalnız zirzəmi mərtəbə divarlarının altına dayaq (mesnet) təyinatı edir. Bu halda zemin mərtəbədə bünövrəyə oturan divarların altına dayaq (mesnet) təyin edilmədiyindən dayanaqsız və aşağıda davam etməyən divarlar konsol kimi işləyir və zəlzələdə kəsmə qüvvəsi almır. Zəlzələ qüvvəsini yalnız ardıcıllığı olan divarlar alır — bu da yanlış həll üretilməsi mənasına gəlir.
Seçim işarələndikdə zemin mərtəbədə olub alt mərtəbəyə davam etməyən divarların altına da dayaq (mesnet) təyin edilmiş olur, beləliklə qüvvə paylanmaları olması lazım olduğu kimi həyata keçirilmiş olur.