Skip to main content

StatiCAD və SAP2000 inteqrasiyalı analizdə diqqət ediləcək məsələlər

1-StatiCAD daxilində aparılan model SAP2000-ə ötürülüb analiz edildikdən sonra SAP2000 analiz nəticələri StatiCAD daxilinə import edilə bilər. SAP2000-də aparılmış layihənin StatiCAD-ə import edilməsi hal-hazırda mümkün deyil.

2-Modelləşdirməni StatiCAD daxilində edə bilsəniz SAP2000-ə ötürdükdən sonra divar qalınlıqlarını dəyişdirb, modeli istədiyiniz şəbəkə və ya bölmə ilə aparıb, SAP2000 nəticələrini import edə bilərsiniz. Lakin SAP2000-ə export etdikdən sonra, SAP2000 daxilində yeni elementlər əlavə etsəniz StatiCAD yeni elementləri nəzərə almayacaq.

3-Əgər SAP2000/export import əməliyyatlarını tək oturumda bitirə bilməsəniz StatiCAD və SAP2000-ə export edilmiş data fayllarını ayrı-ayrı saxlayın. İstədiyiniz bir zamanda SAP2000 dəyişikliklərini edib saxlayın. Yeni oturumda StatiCAD SAP2000 bağlantısını yenidən qurmaq üçün, StatiCAD-dən SAP2000-ə datanı yenidən export edin. Açılan SAP2000 proqramında əvvəllər edit edib saxladığınız SAP2000 datasını açıb (analiz etdirməmişsinizsə analiz edib) StatiCAD daxilindən SAP2000 analiz nəticələrini al seçimini tıklayın.

4-Əgər SAP2000 ötürümündə Variant or safe array index out of bounds xətası alırsınızsa, ötürmə proqramı quraşdırma yolu daxil edilməmiş və ya yanlış daxil edilmiş ola bilər, onu yoxlayın.