Skip to main content

Antivirus Xəbərdarlığının Yaranması

İstifadə etdiyiniz antivirus proqramı bəzən (antivirus yeniləməsindən sonra) StatiCAD proqramının .exe faylını və quraşdırma faylını silə bilər.

Belə hallarda etməyiniz lazım olan;

-Antivirus proqramını müvəqqəti olaraq deaktiv edərək quraşdırma faylından quraşdırmanı aparın.

-Quraşdırma tamamlandıqdan sonra Antivirus proqramınızın interfeysində; 'İstisnalar', 'Xaric Edilənlər', 'Taramadan Çıxarılanlar' kimi adlarla bir menyu olacaqdır. Bu menyudan yenidən quraşdırdığınız StatiCAD proqramını tanıtmalısınız.

-Bu tanıtma, StatiCAD.exe faylını tanıtmaq və ya bütün qovluğu tanıtmaq ola bilər. İstifadə etdiyiniz Antivirus proqramına görə bu dəyişir.

-Söz gedən menyuda, əlavə et və ya gözdən keçir adlı düymələr olacaqdır. Bu düymələrə tıklayaraq StatiCAD.exe faylını və ya proqramın yerləşdiyi qovluğu seçin.

-Məsələn StatiCAD.exe faylı üçün Gözdən keçir deyib daha sonra; "Yerli Disk C>StatiCAD>V6Prox64>StatiCAD.exe" adlı faylı seçib tamam düyməsini tıklayın.

-StatiCAD və ya StatiCAD-Yigma qovluğunu tanıtmaq üçün isə əvvəlcə; StatiCAD proqramının olduğu qovluğu açın. Daha sonra ünvan çubuğuna sağ tıklayıb kopyala deyin. Məsələn C:\StatiCAD kimi bir yazı kopyalanacaqdır. Bu kopyaladığınız yazını söz gedən menyuda əlavə et deyərək çıxan yerə yapışdırıb tamam deyərək bağlayın.

Bu əməliyyatlardan sonra Antivirus proqramınız StatiCAD proqramını virus kimi tanımayacaqdır.