Run Error Xətası
Problem antivirus proqramının proqramın işləməsini bloklayması ola bilər. Antivirus proqramını müvəqqəti olaraq bağlayıb yenidən cəhd edin. Əgər antivirus bağlı ikən proqramımız problemsiz işləyirsə, bu halda antivirus parametrlərində proqramın bloklanmaması üçün istisna əlavə edin.
Run Error xətasına yol aça biləcək digər səbəb isə kompüterinizdə C++ Runtime proqramının quraşdırılmamış olması ola bilər. Problemi aradan qaldırmağa çalışmaq üçün http://www.microsoft.com/en-us/download/details.aspx?id=5582 linkindəki quraşdırmanı edin. Çox kompüterdə C++ Runtime proqramları quraşdırılmış gəlsə də bəzi kompüterlərdə, xüsusilə format sonrasında, quraşdırılmamış qala bilər.
Problem davam etdiyi halda texniki dəstək üçün şirkətimizə zəng edin.